"Mançester Siti" Rodrini uzun müddət komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ispan yarımmüdafiəçiyə yeni müqavilə təklif etməyə hazırlaşır. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
"Şəhərlilər" 27 yaşlı futbolçunun 2027-ci ilədək olan sözləşməsinin müddətini uzadacaq. Klub oyunçunun maaşını da artıracaq.
Qeyd edək ki, "Mançester Siti" Rodrini 2019-cu ilin yayında "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Mançester təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi