"Çelsi"nin sabiq futbolçusu və baş məşqçisi Frenk Lempardın işsiz günləri başa çata bilər.
Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Kanada milli komandasını çalışdırmağa yaxındır. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
Kanada Futbol Federasiyası ingilis məşqçi ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Frenk Lempard 2023-cü ilin yayında "Çelsi"nin baş məşqçisi postunu tərk edib.
saytlarin hazirlanmasi