"Mançester Yunayted" mövsümün sonunda baş məşqçi Erik ten Haqla yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi niderlandlı mütəxəssisə əvəzləyici tapıb.
"Qırmızı şeytanlar" baş məşqçi postuna hazırda "Bolonya"nı çalışdıran Tiaqo Mottanı gətirməyi planlaşdırır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qyed edək ki, Tiaqo Motta 2022-ci ilin sentyabr ayından "Bolonya"ya rəhbərlik edir. İtalyan məşqçinin klubla müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi