Millimiz Latviyaya böyük hesabla uduzdu

16:43 - 9 Aprel 2024

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.

Sportal.az xəbər verir ki, millimiz B Liqasının 1-ci qrupunda Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, yığmamız bundan əvvəlki görüşlərdə Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə məğlub olub.

Xəbər xətti