"Mançester Yunayted" 40 milyon avroya aldığı futbolçunu pulsuz göndərir

18:54 - 10 Aprel 2024

Mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək futbolçulardan biri məlum olub.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rafael Varanla yollarını ayıracaq. Bu barədə "Football Insider" məlumat yayıb.

"Qırmızı şeytanlar" klubla 1 illik müqaviləsi qalmasına baxmayaraq, fransalı müdafiəçini komandadan göndərəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Rafael Varanı 2021-ci ilin yayında 40 milyon avro qarşılığında "Real"dan transfer edib. 30 yaşlı mərkəz müdafiəçisi bu mövsüm komandanın heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti