Ötən ay "Latsio"nun baş məşqçisi postundan istefaya göndərilən Mauritsio Sarrinin Rusiyada çalışmaq variantı olub.
Sportal.az xəbər verir ki, "Spartak" italiyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Sarrı Moskva təmsilçisinin təklifini qəbul etməyib. O, mövsümün sonunda Stefano Piolini istefaya göndərəcəyi gözlənilən "Milan"da çalışmaq istəyir.
Qeyd edək ki, Mauristsio Sarri daha əvvəl "Napoli", "Yuventus" və "Çelsi"nin baş məşqçisi olub.
saytlarin hazirlanmasi