Növbəti mövsümdə "Liverpul"u çalışdıracağı iddia edilən Ruben Amorim açıqlama verib.
Sportal.az xəbər verir ki, "Sportinq"in baş məşqçisi İngiltərə klubu ilə danışıqlar aparmadığını bildirib:
"Liverpul"la razılıq əldə etməmişəm. Aramızda hər hansı danışıq da olmayıb. Mən "Sportinq"in baş məşqçisiyəm. Burada uğurlar qazanmaq istəyirəm. Hər zaman olduğu kimi klubuma köklənmişəm. Doğru olmayan hekayələri bitirin. Bu, gələcəyimlə bağlı son açıqlamamdır".
saytlarin hazirlanmasi