İngiltərə Premyer Liqasında mart ayının ən yaxşıları açıqlanıb.
Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşı futbolçusu və baş məşqçisi müəyyənləşib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
"Fulhem"in hücumçusu Rodriqo Munis mart ayının ən yaxşı oyunçusu seçilib. 22 yaşlı forvard ötən ay Premyer Liqada meydana çıxdığı 4 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Bornmut"un çalışdırıcısı Andoni İraola ayın baş məşqçisi adına layiq görülüb. Komanda ölkə çempionatında martda keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib.
saytlarin hazirlanmasi