Kannavaronun yeni iş yeri bəlli oldu - RƏSMİ

17:42 - 22 Aprel 2024

İtaliyalı məşqçi Fabio Kannavaronun yeni iş yeri məlum olub.

Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis "Udineze"ni çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kannavaro ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Udineze" İtaliya A Seriyasında 32 turdan sonra 28 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti