"Liverpul"un heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin hücumçusu Dioqo Jota sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Yürgen Klopp məlumat verub.
Portuqaliyalı futbolçu Premyer Liqanın 33-cü turunun "Fulhem"lə matçında zədələnib.27 yaşlı ön xətt oyunçusu iki həftə yaşıl meydanlardan uzaq qalacaq. O, Premyer Liqada "Everton" və "Vest Hem"lə matçlarında iştirak etməyəcək.
Qeyd edək ki, Dioqo Jota bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə meydana çıxdığı 32 rəsmi matçda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi