"Aston Villa" baş məşqçi Unay Emerinin gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ispan mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı məşqçi 2027-ci ilin yayına kimi Birmingem təmsilçisini çalışdıracaq.
Qeyd edək ki, Unay Emeri 2022-ci ilin oktyabr ayında "Aston Villa"nın baş məşqçisi təyin olunub. Komanda hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi