"Liverpul" Yürgen Kloppun gedişindən sonra baş məşqçi postuna hazırda "Feyenoord"u çalışdıran Arne Slotu gətirmək istəyir.
Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis məsələ ilə bağlı ESPN-nə açıqlama verib. 45 yaşlı məşqçi İngiltərə klubunda işləmək istədiyini bildirib:
"Liverpul"un yeni baş məşqçisi olmaq istəyirəm, qərarım qətidir. "Feyenoord"la "Liverpul" arasında danışıqlar gedir. Mən onların razılığa gələcəyinə tam inanıram. Nələr olacağını gözləyirəm. Özümə güvənirəm".
Qeyd edək ki, Arne Slot 2021-ci ilin yayından "Feyenoord"u çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsüm ölkə çempionu olub. Rotterdam təmsilçisi cari mövsümdə isə 31 turdan sonra lider PSV-dən 9 xal geridə olmaqla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi