Ten Haq: "Azarkeşlər bizi dəstəkləyir"

20:37 - 26 Aprel 2024

"Mançester Yunayted"in baş məşqçisi Erik ten haq ona ünvanlanan tənqidlərə cavab verib.

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan niderlandlı mütəxəssis azarkeşlərin komandanı dəstəklədiyini bildirib:

"Azarkeşlər bizi dəstəkləyir. "Old Trafford"a doğru gedərkən bizi salamlayan fanatları eşidirdim. Hər zamankından daha gurultulu idi. Səfərdə oynayanda da bizi aktiv şəkildə dəstəkləyirlər. Azarkeşlərlə yaxşı yaxşı münasibətimiz olduğunu düşünürəm".

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 33 turdan sonra 53 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti