Mövsümün sonunda "Milan"dan ayrılacağı gözlənilən Stefano Pioli İtaliyanın baş qa klubunda çalışa bilər.
Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssisin "Napoli"yə rəhbərlik edəcəyi gözlənilir. Bu barədə yerli mətbuat məlumat yayıb.
Neapol təmsilçisi Pioliyə illik 6 milyon avro maaş olmaqla 2 illik müqavilə təklif edib. Tərəflər arasında sözləşmənin digər detalları müzakirə olunur.
Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabr ayından "Milan"ın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında bir dəfə İtaliya çempionu olub.
saytlarin hazirlanmasi