"Milan" mövsümün sonunda baş məşqçi Stefano Pioli ilə yollarını ayıracaq.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir.
Hazırda "Milan"ı çalışdırmağa ən real namizəd Yulen Lopeteqidir. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
İtaliya klubu artıq 57 yaşlı məşqçi ilə danışıqlara başlayıb. "Vest hem" və bir neçə Avropa klubu da Lopeteqinin xidmətində maraqlıdır. Lakin ispan mütəxəssis "Milan"da işləməyə üstünlük verir.
Qyed edək ki, Yulen Lopeteqi son olaraq "Vulverhempton"u çalışdırıb. O. ötən ilin avqust ayında istefaya göndərilib.
saytlarin hazirlanmasi