İspan qapıçı "Arsenal"da qalacaq

14:48 - 5 May 2024

"Arsenal" mövsümün əvvəlində "Brentford"dan icarəyə götürdüyü David Raya ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, London təmsilçisi ispan qapıçının transfer hüququna yiyələnəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Topçular" yayda 27 milyon funt-sterlinq ödəyərək 28 yaşlı qolkiperi birdəfəlik transfer edəcək.

Qeyd edək ki, David Raya "Arsenal"ın heyətində 39 rəsmi matçda meydana çıxıb. İspaniya millisinin üzvü bu oyunlarda 30 qol buraxıb. O, 19 görüşdə qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti