"Liverpul"un kapitanı Vircil Van Dayk açıqlama verib.
Sportal.az xəbər verir ki, klubdan ayrılacağı iddia olunan niderlandlı müdafiəçi bu xəbərləri təkzib edib. O, komandada qalacağını deyib:
"Yürgen Kloppun gedişindən sonra keçid dönəmi olacaq. Mən də bu dönəmin bir hissəsi olacağam. "Liverpul"da çox xoşbəxtəm, bu klubu sevirəm. Klub həyatımın bir parçasıdır. Başqa nəsə demək istəmirəm".
Qeyd edək ki, Vircil Van Dayk bu mövsüm"Liverpul"un heyətində meydana çıxdığı 46 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 32 yaşlı futbolçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi