İtaliya millisinin üzvü "Arsenal"da qaldı

17:16 - 9 May 2024

İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, London təmsilçisi Jorjinyonun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya millisinin üzvü 2025-ci ilin yayına kimi Premyer Liqa klubunda qalacaq.

Qeyd edək ki, "Arsenal" Jorjinyonu 2023-cü ilin yanvar ayında "Çelsi"dən transfer edib. 32 yaşlı yarımmüdafiəçi bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti