A Seriyasına yüksələn ikinci komanda məlum oldu

12:55 - 11 May 2024

İtaliya B Seriyasında 2023/2024 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, son turun oyunlarından sonra A Seriyasına yüksələn ikinci komanda məlum olub. 

"Parma"dan sonra "Komo 1907" elitaya vəsiqə qazanıb. Xallarını 73-ə yüksəldən komanda mövsümü 2-ci pillədə başa vurub

A Seriyasına son vəsiqənin sahibi "Venetsiya", "Kremoneze", "Katanzaro", "Palermo", "Sampdoriya" və "Breşiya" arasında keçiriləcək pley-off matçlarından sonra məlum olacaq.

Xəbər xətti