"Napoli" Xviça Kvaratsxeliyanı komanda saxlamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, Neapol təmsilçisi yayda gürcü vinger üçün gələn təklifləri dəyərləndirməyəcək. Bu barədə "Mercato" nəşri məlumat yayıb.
Klub 23 yaşlı futbolçunun müqaviləsini uzadıb onun sərbəst qalma məbləğini 150 milyon avro təyin etmək niyyətindədir. Həmçinin, Xviçanın maaşı 6 dəfə artırılacaq.
Qeyd edək ki, "Napoli" Xviça Kvaratsxeliyanı 2022-ci ilin yayında Batumi "Dinamo"sundan transfer edib. Gürcüstan millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi