İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Yves Bissuma sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Anje Postekoqlu məlumat verib.
27 yaşlı futbolçu dizindən zədə alıb. Mali milli komandasının üzvü mövsümün qalan iki matçında komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Yves Bissuma bu mövsüm "Tottenhem"in heyətində 28 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi