İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Kenan Yıldız sıradan çıxıb. Türk futbolçu məşq zamanı çiynindən zədə alıb.
19 yaşlı on xətt oyunçusu 15 may tarixində "Atalanta" ilə keçiriləcək A Seriyası matçında iştirak etməyəcək.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 29 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi