"Milan"ın futbolçusu Olivye Jiru gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, fransız hücumçu mövsümün sonunda komandadan ayrılacaq. Bu barədə o özü açıqlama verib.
37 yaşlı forvard ABS-nin "Los Anceles" klubuna keçəcək.
Qeyd edək ki, "Milan" Olivye Jirunu 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. Fransa millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 130 rəsmi matçda 48 qol və 20 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi