Premyer Liqa klubu baş məşqçinin müqaviləsini uzatdı

18:29 - 13 May 2024

İngiltərənin "Bornmut" klubu baş məşqçi Andoni İraola ilə yola davam edəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ispan mütəxəssisin müqaviləsinin müddətini 1 il müddətinə uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı məşqçi 2026-cı ilin yayına kimi komandada qalacaq.

Qeyd edək ki, Andoni İraola 2023-cü ilin yayında "Bornmut"un baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında keçirdiyi 43 rəsmi matçda 17 qələbə qazanıb, 9 heç-heçə edib, 17 dəfə isə məğlub olub.

Xəbər xətti