"Yuventus" mövsümün sonunda baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayıracaq.
Sportal.az xəbər verir ki, Turin təmsilçisini kimin çalışdıracağı da məlumdur. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Yuventus" yayda "Bolonya" ilə müqaviləsi başa çatan Tiaqo Motta ilə razılıq əldə edib. Tərəflər arasında 2 illik sözləşmə ilə bağlı anlaşma var. 41 yaşlı mütəxəssis "Yuventus"da illik 3,5 milyon avro maaş alacaq.
Qeyd edək ki, Tiaqo Motta 2022-ci ilin sentyabr ayından "Bolonya"nın baş məşqçisidir. Komanda 36 turdan sonra 67 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi