2027-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatı Braziliyada keçiriləcək.

Sportal.az xəbər verir ki, bu qərar 2024-cü il mayın 17-də Banqkokda keçirilən FİFA Konqresində qəbul edilib. Turnir üçün Belçika, Almaniya və Hollandiya da birgə namizədlik irəli sürmüşdü.

2027-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan turnirdə ev sahibi ölkənin milli komandası da daxil olmaqla 32 komanda iştirak edəcək.

Qeyd edək ki, qadınlardan ibarət komandalar arasında hazırkı dünya çempionu İspaniya millisidir.