"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəyi haqda danışıb.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis növbəti mövsümün sonunda Premyer Liqa təmsilçisindən ayrılacağını bildirib:
"Reallıq budur ki, qalmaqdan daha çox ayrılmağa yaxınam. Klubla danışmışıq. Artıq qalmaq istəmədiyimi düşünürəm".
Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"ni çalışdırır. Onun kkubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi