Braziliya millisinin üzvü "Mançester Siti"dən ayrıla bilər

19:11 - 21 May 2024

"Mançester Siti"də mövsümün sonunda gözlənilməz ayrılıq gerçəkləşə bilər.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisində qapıçı Edersonun ayrılmaq ehtimalı var. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Braziliyalı qolkiper sərfəli təklif gələcəyi təqdirdə, komandadan gedəcək. Səudiyyə Ərəbistanı klubları 30 yaşlı "əlcək sahibi"ni heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Mançester Siti" Edersonu 2017-ci ilin yayında "Benfika"dan transfer edib. Braziliya millisinin üzvünün "şəhərlilər"lə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti