"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Erik ten Haqla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi niderlandlı mütəxəssislə yollarını ayıracaq. Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Teh Haq Federasiya Kubokunun "Mançester Siti" ilə final matçından sonra istefaya göndəriləcək. Komanda kuboku qazansa, belə 54 yaşlı məşqçi ilə yola davam edilməyəcək.
Qeyd edək ki, Erik ten Haq 2022-ci ilin yayından "Mançester Yunayted"i çalışdırır. "Qırmızı şeytanlar" ötən mövsüm onun rəhbərliyi altında Liqa Kubokunun qalibi olub.
saytlarin hazirlanmasi