Braziliya millisinin üzvü 10 il müddətinə futboldan uzaqlaşdırıla bilər

18:28 - 24 May 2024

"Vest Hem"in yarımmüdafiəçisi Lukas Paketaya şok cəza verilə bilər.

Sportal.az xəbər verir ki, brazilkiyalı futbolçu barədə qeyri-qanuni mərc oyunlarında iştirak etdiyi üçün araşdırma başladılıb. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

28 yaşlı orta xətt oyunçusunun günahı sübuta yetirilsə, o 10 il müddətinə futboldan uzaqlaşdırıla bilər. Məçhur futbolçunun bir neçə oyunda özünün sarı vərəqə almasına mərc etdiyi bildirilir.

Qeyd edək ki, "Vest Hem" Lukas Paketanı 2022-ci ilin yayında "Lion"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti