Mourinyo sabiq klubuna qayıda bilər

20:30 - 24 May 2024

Joze Mourinyo yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" portuqaliyalı mütəxəssisi komandanın "sükanı arxasına" gətirmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mourinyo növbəti mövsümdə London təmsilçisini çalışdırmağa ən real namizəddir.

Qeyd edək ki, Joze Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə "Çelsi"nin baş məşqçisi olub. O, son olaraq "Roma"nı çalışdırıb.

Xəbər xətti