İngiltərə Premyer Liqasına vəsiqə qazanan "İpsviç Taun" baş məşqçi Kiran Makkenna ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssislə yeni müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli məşqçi 2028-ci ilin yayına kimi Premyer Liqa təmsilçisini çalışdıracaq.
Qeyd edək ki, Kiran Makkenna 2021-ci ilin dekabr ayında "İpsviç Taun"un baş məşqçisi təyin olunub.
saytlarin hazirlanmasi