“İnter”in 36 yaşlı mərkəz müdafiəçisi Françesko Açerbi zədə səbəbindən İtaliya millisinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb.
Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, təcrübəli futbolçu gələn ay keçiriləcək AVRO-2024-də iştirak edə bilməyəcək. Açerbinin əməliyyat olunması məcburdur.
Xatırladaq ki, daha əvvəl İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avropa çempionatında çıxış edəcək 30 futbolçunun ilkin siyahısını təqdim etmişdi. 26 nəfərlik heyətə isə “Yuventus”un mərkəz müdafiəçisi Federiko Qatti də əlavə olunub.
O, Açerbini əvəzləyəcək.
saytlarin hazirlanmasi