“Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq 2022-ci ilin qışında “Arsenal”ı tərk etməzdən əvvəl qarşılaşdığı problemlərdən danışıb.
Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, “Colinterview” yutub kanalına müsahibə verən qabonlu forvardı həmin anları belə xatırlayıb:
“Əminəm ki, depressiyada idim. Gündəlik həyatdan ciddi şəkildə fərqlənən bir şey var idi. Məsələn, mən çox içməyə başlamışdım. Çox çətin, dövr idi. Bu, “Arsenal”ın müqaviləmi ləğv etməzdən bir qədər əvvəl başladı. Bəli, bu depressiya idi, məncə, bu, valideynlərimin sağlamlıq problemləri ilə bağlı oldu. Bunun hər bir kişiyə təsir etməsi normaldır. Tez-tez eşidirik ki, bu barədə danışmaq lazımdır. Burada utanmalı heç nə yoxdur. Mən onu etməsəm də, bunun həqiqətən kömək edə biləcəyini bilirəm. İnsanlar açılmalıdır. Mənə faydası olardı".
34 yaşlı hücumçu 2018-2022-ci illərdə "Arsenal"da oynayıb.
saytlarin hazirlanmasi