Millimiz Türkiyəyə qarşı

12:52 - 31 May 2024

 

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz üçüncü matçında Türkiyə yığması ilə səfərdə qarşılaşacaq. “Ərzincan 13 Şubat” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

"CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, qrup mərhələsinin ilk iki turundan sonra Türkiyə yığmasının 3, Azərbaycan millisinin isə 1 xalı var.

31 May 2024

Türkiyə (Qadınlar) – Azərbaycan (Qadınlar)

"Ərzincan 13 Şubat stadionu". Saat 21:00

Baş hakim: Aleksandra Kollin

Baş hakimin köməkçiləri: Elodie Koppola, Klotilde Brassar

Dördüncü hakim: Klemens Qonçalves

Xəbər xətti