İtaliya klubu Serdarla müqavilə imzaladı

15:18 - 31 May 2024

"Verona" "Herta"dan yarımmüdafiəçi Suat Serdarı transfer edib. 

Sportal.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Təzminat məbləği 4,5 milyon avro olub.

27 yaşlı yarımmüdafiəçi daha əvvəl icarə əsasında “Verona”da çıxış edib.

O, A Seriyasında 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Türkiyə əsilli almaniyalı “Maynts”, “Şalke”, “Herta”da oynayıb.
 

Xəbər xətti