"Çelsi" və "Napoli" razılaşa bilmədi

15:49 - 31 May 2024

"Çelsi" və "Napoli" Romelu Lukaku ilə Viktor Osimhenin dəyişdirilməsində razılıq əldə etməyib.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, londonlular yayda belçikalı hücumçunu heyətinə qatmaq istəyən hər bir klub üçün 38 milyon funt-sterlinq sərbəst qalma müddəasında israrlıdırlar. 

Lukaku ötən mövsümü icarə əsasında “Roma”da keçirib. “Napoli” Osimhen və əlavə olaraq da transfer məbləği tələb edib ki, “Çelsi” də bununla razılaşmayıb. "Çelsi"nin təklifi isə "Napoli"ni razı salmayıb. Ona görə də, tərəflər arasındakı danışıqlar yarımçıq qalıb.
 

Xəbər xətti