"Milan"ın bu yay transferlər üçün ayırdığı transfer büdcəsi bəlli olub.
Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “rossonyerlər”in rəhbərliyi yeni baş məşqçisi Paulo Fonsekanın gəlişi ilə transferlər üçün 100 milyon avro xərcləməyi planlaşdırır.
Belə ki, İtaliya klubu ən azı dörd yeni futbolçu almaq niyyətindədir. “Milan”ın yeni hücumçu, mərkəz və sağ cinah müdafiəçiləri, eləcə də dayaq yarımmüdafiəçisi ilə müqavilə imzalamağı planlaşdırır. “Bolonya”nın hücumçusu Coşua Zirkzee, "Monako"nun yarımmüdafiəçisi Yussouf Fofana, "Brayton"un mərkəz müdafiəçisi İqor Julio və "Tottenhem"in sağ müdafiəçisi Emerson Royal "Milan"ın heyətini gücləndirmək üçün potensial namizədlər kimi göstərilir.
Xatırladaq ki, İtaliya çempionatının nəticələrinə əsasən, "Milan" 75 xal toplayıb və ikinci pillədə qərarlaşıb.