"AFFA Çerçesovu milliyə dəvət etsə, çox yaxşı olardı, ancaq ən ideal namizəd Qurban Qurbanovdur"

20:43 - 31 May 2024

"Ayaz Quliyev "Spartak"da, Rusiyada oynayanda millinin səviyyəsinə uyğun gəlirdi. Düşünürdüm ki, Azərbaycan millisində oynayacaq. Amma niyə oynamadığını millinin o vaxtkı baş məşqçisi deyə bilər. Mən bu haqda az məlumata sahibəm deyə, nəsə söyləməyim doğru çıxmaz. Amma yaxşı futbolçu olduğunu deyə bilmərəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Deni Qaysumov deyib.

"Terek"in(indiki "Axmat") sabiq kapitanı Rusiya futbolunun yetirməsi, "Spartak"ın sabiq, hazırda isə "Sabah"ın şərəfini qoruyan Ayaz Quliyevin Azərbaycan millisinə cəlb edilməməsi barədə danışıb. Bununla yanaşı, Qaysumov uzun müddətdir millimizi çalışdıracağı gündəmdə olan Stanislav Çerçesov haqda fikirlərini söyləyib. Onun fikrincə, Çerçesov özünü sübut etmiş mütəxəssisdir: 

"Stanislav Çerçesov özünü Rusiya millisinin baş məşqçi postunda sübut etmiş biridir. AFFA onunla razılaşıb, milliyə dəvət etsə, çox yaxşı olardı. Çünki o, işini çox yaxşı bilən mütəxəssisdir. Amma əlbəttə ki, milli üçün ən ideal namizəd Qurban Qurbanovdur".

Deni Qaysumov 1995-1998-ci illərdə Azərbaycan millisinin heyətində 23 oyun keçirib.

Xəbər xətti