"Liverpul"un iki futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, Luis Diaz və Co Qomez “Əl-Hilal”la danışıq aparır.
Yaxın günlərdə ərəblərin "Liverpul"a rəsmi təklif göndərəcəyi gözlənilir. Futbolçuların gedişinə Yurgen Kloppun "Liverpul"dan ayrılması təsir edib.
Diaz 2022-ci ilin yanvarında "Porto"dan Mersisayd klubuna keçib. O, bütün turnirlərdə 51 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Liverpul”la müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.
Co Qomez isə bu mövsüm 51 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib. Onun transfer dəyəri isə 28 milyon avrodur.
saytlarin hazirlanmasi