Azərbaycanın U-19 və U-21 yığma komandasının sabiq forvardı Mustafa Muhammet Yıldırım "Ankara Demirspor"un düşərgəsini tərk edib.
Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu Türkiyə ikinci liqasında mübarizə aparan komandada qalmaq istəməyib.
O, 2027-ci il iyunun 30-na qədər müqavilə ilə məxsus olduğu "Iğdır"a qayıdıb.
Mustafanın xidmətində Azərbaycan klubları da maraqlıdır. Onun yayda Premyer Liqa komandalarımızdan birinə keçəcəyi gözlənilir. “Alanyaspor”un yetirməsi olan forvard “İstanbulspor”, “Pazarspor”, “Çorum” klublarında çıxış edib.