"Napoli" Xviça Kvartsxeliyaya yeni müqavilə təklif edib.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Neapol təmsilçisi gürcünü buraxmaq istəmir.
Onun “Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Xviça özü də komandanı tərk etmək istəmir və yeni müqaviləyə müsbət yanaşıb.
Ötən mövsüm Kvartsxelia 44 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
23 yaşlı futbolçu "Dinamo"(Tbilisi), "Rustavi", "Lokomotiv"(Moskva), "Rubin", "Dinamo"(Batumi) klublarında oynadıqdan sonra 2022-ci ildə "Napoli"yə keçib.
saytlarin hazirlanmasi