Finalda uduzdular, baş məşqçi ilə yollarını ayırmaq qərarına gəldilər

13:18 - 2 İyun 2024

"Fiorentina" baş məşqçisi Vinçenso Italiano ilə yollarını ayırmağa hazırlaşır.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Florensiya təmsilçisi hazırkı çalışdırıcısını Raffaele Palladino ilə əvəz edəcək. 

"Montsa"nın hazırkı çalışdırıcısı "Fiorentina"nın təklifinə müsbət cavab verib. 

İtalianonun isə işsiz qalmayacağı və dərhal növbəti Çempionlar Liqasında mübarizə aparacaq "Bolonya"nı çalışdıracağı gözlənilir. 

46 yaşlı mütəxəssis "Trapani", "Spetsiya"nı çalışdırdıqdan sonra 2021-ci ildə "Fiorentina"nın baş məşqçi postuna dəvət edilmişdi. Qeyd edək ki, "Fiorentina" Konfrans Liqasının finalında "Olimpiakos"a (0:1) uduzduqdan sonra rəhbərlik onun işindən narazılıq etmişdi.

Xəbər xətti