PSJ və İtaliya millisinin qapıçısı Canluici Donnarumma AVRO-2024-də millinin kapitanı olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sportal.az xəbər verir ki, “Football Italia”ya açıqlama verən 25 yaşlı qolkiper buna hazır olduğunu deyib:
"Kapitan sarğısı böyük məsuliyyət və imtiyazdır. Corco Kyellini, Leonardo Bonucci və Canluici Buffon kimi bir çox nümunələrim var idi. Onlarla birlikdə oynamışam. Düşünürəm ki, onlardan nəsə öyrənmişəm və buna hazıram".
Qeyd edək ki, İtaliya Almaniyada keçiriləcək Avropa çempionatında İspaniya, Xorvatiya və Albaniya ilə birlikdə B qrupunda mübarizə aparacaq.