Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda minifutbol üzrə Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün qrup mərhələsinin ilk oyununda Azərbaycan millisi Belçika yığması ilə qarşılaşıb.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Azərbaycan – Belçika 3:0
Qollar: Vüsal İsayev 25+1, 35, Samir Həmzəyev 39
Azərbaycan millisinin heyəti: Davud Kərimi, Vəli Qafarov – Müsseyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə, Cəfər Cəfərov, Taleh Babayev, Ramiz Çovdarov, Elvin Əlizadə, Rəvan Kərimov, Mirkamil Əliyev, Kamran Qürbətov, Eşqin Tağıyev, Mirmehti Rzayev, Samir Həmzəyev, Seymur Mamedov, Tural Mamerzayev
Millimiz növbəti görüşlərini İtaliya (3 iyun) və Fransa (4 iyun) yığmalarına qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi hazırkı Avropa çempionudur.
saytlarin hazirlanmasi