Slovakiyanın U-21 yığma komandasının məşqçisi Tibor Qoljan Azərbaycanla Seneçdə keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, yerli federasiyaya danışan slovakiyalı mütəxəssis yığma komandamızla baş tutacaq matç haqda bunları deyib:
"Azərbaycan və Moldovanın seçmə qruplarındakı nəticələrindən danışırıqsa, onların qrupdakı rəqibləri nəzərə alınmalıdı. Azərbaycan Ukrayna, İngiltərə, Serbiya və Şimali İrlandiya ilə çox çətin qrupa düşüb. Eynilə, Moldovanın da qrupunda Niderland, İsveç və Gürcüstan kimi güclü komandalar var. Ona görə də biz bu komandaları yalnız seçmə mərhələdəki xallarına görə mühakimə etməməliyik. Bizi çətin matçlar gözləyir, buna yaxşı hazırlaşmalıyıq".
Slovakiya - Azərbaycan oyunu iyunun 7-də, Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
saytlarin hazirlanmasi