"Atalanta"nın 26 yaşlı yarımmüdafiəçisi Toen Koepmeyners "Yuventus"un futbolçusu olacaq.
Sportal.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat verib.
Niderlandlı futbolçu Turin klubu ilə 5 illik müqavilə imzalayacaq. Futbolçunun maaşının hər mövsüm üçün 4,5 milyon avro olacağı ehtimal edilir. Daha əvvəl Kopmeynersin Arne Slotun baş məşqçisi olduğu “Liverpul”a keçəcəyi gözlənilirdi.
26 yaşlı niderlandlı 2021-ci ildə “AZ Alkmaar”dan Berqamo klubuna keçib. Bu mövsüm yarımmüdafiəçi “Atalanta”nın heyətində bütün turnirlərdə 50 oyun keçirib və 15 qol vurub və 7 məhsuldar ötürmə edib.
Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.