İtaliya millisində ciddi itki: Avro-2024-də oynamayacaq

15:55 - 3 İyun 2024

İtaliya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Corsio Skalvini sıradan çıxıb. Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Atalanta"da çıxış edən mərkəz müdafiəçisinin dizində zədə aşkarlanıb. 20 yaşlı futbolçu Avro-2024-də iştirak etməyəcək.

Qeyd edək ki, İtaliya yığması Avropa çempionatında B qrupunda İspaniya, Xorvatiya və Albaniya ilə mübarizə aparacaq.

Xəbər xətti