Slovakiyanın U-21 yığma komandasının baş məşqçisi Yaroslav Kentoş Azərbaycan (7 iyun) və Moldovaya (11 iyun) qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, yerli federasiyaya danışan slovakiyalı mütəxəssis bu cür danışıb:
"Azərbaycan bə Moldova komandalarını qiymətləndirməyə bilmərik. Bu rəqiblər, məsələn, payızda qarşılaşdığımız ispanlar və ya danimarkalılardan fərqli olaraq bizimlə görüşdə özlərini sınayacaqlar. Öz oyunumuzu qurmağa davam edirik və əminəm ki, bu dəfə daha yaxşı olacağıq".
Slovakiya - Azərbaycan oyunu Senetsdə keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
saytlarin hazirlanmasi