Azərbaycan milli komandasının yeni baş məşqçisinin kim olacağına bu həftə qərar veriləcək.
Sportal.az saytına verilən məlumata görə, yaxın günlərdə AFFA İcraiyyə Komitəsi millinin yeni baş məşqçisinin adını təsdiqləmək üçün yenidən toplanacaq.
Məlumata görə, növbəti iclasın onlayn rejimdə keçirilməsi də mümkündür.
Qeyd edək ki, Canni De Byazinin gedişindən sonra Azərbaycan millisinin baş məşqçi postu boş qalıb.
saytlarin hazirlanmasi